Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi təyin edilib

Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.

Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli olacaq.

E.Əliyev Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe, Azərbaycanın Avropa Komissiyası yanında Nümayəndəliyində 2-ci katib, İslam İnkişaf Bankı, Beynəlxalq Ticarətiin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında MDB ölkələri və İran üzrə regional menecer vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub.

Xatırladaq ki, bundan əvvəl  Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır