26 may 2017-ci il tarixində “Standard and Poor’s” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyib. Belə ki, reytinqlər müvafiq olaraq ‘BB+/B’ səviyyəsində saxlanılıb.
Növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.
“Standard ənd Puərz” bildirir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.
“Standard ənd Poor’s” tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir.