Azərbaycanın hesabatı BMT-yə təqdim olunub

Məlum olduğu kimi, Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub.

Milli Əlaqələndirmə Şurasının ikinci iclasında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq 6 Dayanıqlı İnkişaf Məqsədi və hər il nəzərdən keçiriləcək Dayanıqlı İnkişaf üçün Qlobal Tərəfdaşlıq üzrə Azərbaycanın ilkin hesabatının hazırlanması qərara alınıb.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov tərəfindən BMT-nin Baş Katibinə ünvanlanmış məktuba əsəsən, Azərbaycan hesabat verəcək 44 ölkənin siyahısına daxil edilib.

Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatı ilə bağlı Əsas Məqamlar BMT-nin İqtisadi və Sosial Şurasına təqdim olunub və BMT-nin rəsmi internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır