2017-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixrac əməliyyatlarının həcmi 5 268.8 mln. dollar təşkil edib. Belə ki, ixrac olunan malların ümumi dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 36.45% artıb.
İxrac əməliyyatlarının həcmində dövlət sektorunun payı 4 271.03 mln. dollar və ya ötən ilin eyni dövrü ilə müqayisədə 29.1 % çox , özəl sektorun payı isə 868.1 mln. dollar və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox olub. İxrac əməliyyatlarının ümumi həcminin 129.6 mln. dolları və ya 2.5%-i fiziki şəxslərin payına düşür.
Qeyd edək ki, ixrac əməliyyatları həcminin 737.6 mln. dollarını və ya 14%-ni qeyri -neft sektoru təşkil eləyir.