2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycanın ixracının həcmi təqribən 1 milyon dollar və ya 41.1 % artaraq, 3.43 milyard dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xarici ticarət dövriyyəsi 570,5 milyon və ya 11.35 % artaraq 5.6 milyar dollara yüksəlib. Bununla yanaşı idxalda 16,5% geriləmə qeydə alınıb və bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən malların dəyəri 2.16 milyard təşkil edib.
Baxmayaraq ki ötən ilin müvafiq dövrü ərzində xarici ticarət saldosu -162.55 milyon dollar olub. Bu il isə bu göstərici müsbət saldo ilə 1265.70 milyon dollar təşkil edib.