Azərbaycanın maliyyə sektorunda “bulud” texnologiyalarının tətbiqi mövzusunda tədbir keçirilir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası birgə maliyyə sektorunda “bulud texnologiyalarının tətbiqi mövzusunda işgüzar görüş təşkil edib.

BBN.az xəbər verir ki, Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır