Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərmayə yatırılıb

Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunda iqtisadiyat nazirinin müavini Sahil Babayev bildirib ki, Amerika şirkətlərinin Azərbaycanda neft-qaz sektoruna indiyədək yatırdığı investisiyaların ümumi həcmi 9 mlrd. dollar olub.

O qeyd edib ki, Azərbaycanın isə ABŞ iqtisadiyyatına investisiyaları 3 mlrd. dollar təşkil edib və bunun əsas hissəsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyasının payına düşür.

Tədbirdə çıxış edən Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov isə bildirib ki, gələn ilin may ayında Amerikada İpək Yolu dəhlizinin inkişafı ilə bağlı forum keçiriləcək.

Mənbə:report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır