Azərbaycanın pensiya təminatı sistemində aparılan islahatlar təqdim olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Gürcüstanın Sosial Xidmət Agentliyinin təşkilatçılığı ilə Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

“Gürcüstan və Avrasiya ölkələrinin pensiya və sosial sığorta sistemlərinin inkişaf perspektivləri” mövzusunda təşkil olunan konfransda nümayəndə heyətinin rəhbəri, Fondun direktoru Zakir Babayev “Azərbaycanın pensiya təminatı sistemində islahatlar” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı ölkədə həyata keçirilən islahatlar nəticəsində yaradılmış müasir sığorta-pensiya sistemi barədə məlumat verilib.

Nümayəndə heyəti konfrans çərçivəsində Rusiya Federasiyasının, Qazaxıstanın, Moldovanın, Qırğızıstanın və Tacikistanın sosial sığorta və pensiya qurumlarının rəhbər şəxsləri ilə görüşlər də keçiriblər. Görüşlər zamanı ikitərəfli maraq doğuran məsələlərə dair fikir mübadilələri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır