Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib.

“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransda açılış nitqini İİTKM-nin Icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir.

Beynəlxalq konfransda müzakirələr bir neçə panel üzərindən aparılıb.

“Rəqəmsal Ticarət Qovşağının Azərbaycan Respublikasının ticarət əlaqələrinə və iqtisadi inkişafına töhfəsi” adlanan ilk paneldə “B.E.S.T. Solutions” şirkətinin təsisçisi Yana Krimpe, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, Avropa e-İdentifikasiya və Təhlükəsizlik Assosasiyasının sədri Con Şamah, Estoniyada hökumətin baş informasiya səlahiyyətlisinin rəqəmsal xidmətlərin inkişafından məsul müavini, İqtisadi Münasibətlər və Kommunikasiya Nazirliyinin İnformasiya cəmiyyəti xidmətlərinin inkişafı şöbəsinin rəhbəri Janek Rozov, Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramlari baş idarəsinin rəisi İqbal Babayev çixiş edib.

“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın 3-cü panelində Azexport Portalının rəhbəri Zaur Qardaşov, Vergilər Nazirliyinin Qeydiyyat Şöbəsinin rəhbəri Müslüm Şəfiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-nun prezidenti Rüfət Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndəsi Elnar Əsədov, Paşa bankın Baş Strateji Nəzarətçisi Aqşin Mirzəzadə “Rəqəmsal Ticarət Qovşağı Dövlət və Özəl sektor arasındakı əlaqələri genişləndirir” mövzusu ətrafında danışıblar.

Konfrans zamanı İİTKM ilə bir neçə ölkənin mötəbər qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Anlaşma sənədləri Rusiyanın “QazinformService” şirkəti, Polşanın “Asseco data Sistems” şirkəti və İsveçrənin “OrientSwiss” şirkəti arasında imzalanıb. Bu müqavilələrin imzalanması ölkələr arası bizmes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-Ticarət və e-Kommersiyanın inkişafının asanlaşdırılmasına öz töhfəsini verəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır