“Azərbaycanın texnologiyalarını qonşu ölkələrə ixrac etməyin zamanı yetişib və “Asan İmza” heyəti artıq bu istiqamətdə intensiv işlərə başlayıb” – deyə “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe bildirib.
O, bu sözləri Noyabrın 11-də Vergilər Nazirliyində Ukraynanın Elektron İdarəçilik üzrə Dövlət Agentliyinin sədr müavini Oleksiy Viskubun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı bildirib.
Y. Krimpenin sözlərinə görə, Ukraynada Azərbaycanın “Asan İmza” texnologiyasının bazasında mobil elektron imza xidmətinin tətbiqi ilə bağlı layihə uğurla başa çatdırılıb ki, bu da iki ölkə qarşısında sərhədlərarası elektron xidmətlərin yaradılması sahəsində yeni imkanlar açır.