Azərbaycanın Türkiyədəki bazar payı artacaq

Trans Anadolu təbii qaz boru xətti layihəsinin (TANAP) inşaatının  planlaşdırılan təqvimdən irəli getdiyi və artıq 55%-nin başa çatdığı açıqlanıb.

Layihənin rəhbəri Saltuk Düzyol TANAP vasitəsilə Azərbaycan qazının Türkiyədəki payının artacağını da vurğulayıb.

Onun sözlərinə görə, 2018-ci ilin iyun ayının sonunda boru xətti ilə ilk qaz nəql olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır