Azərbaycanın xarici dövlət borcu artıb

Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil edib. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub, adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil edib.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibində 7,6% SDR-in (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüququ), 75,4% ABŞ dollarının, 13% avronun, 2,5% Yaponiya yeni, 1,5% isə digər valyutaların payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır