Azərbaycanla UNECE əməkdaşlığı müzakirə olunub

Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahil Babayev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı direktoru Kristian Fris Baxa ilə görüşüb.

Görüşdə Gəncə İqtisadi Forumunun əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanla BMT-nin qurumları, xüsusilə UNECE ilə əməkdaşlıq perspektivləri təhlil edilib.
Görüşdə həmçinin, Azərbaycanla UNECE arasında əməkdaşlıq imkanları və potensialına dair Çərçivə Memorandumunun hazırlanması barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır