Azərbaycanlı sahibkarlar Almaniyaya səfər edəcək

24-28 aprel 2017-ci il tarixlərində Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır. Səfərin məqsədi, müvafiq şirkətlərimizi Bavariyanın avadanlıq  istehsalçıları ilə, o cümlədən meyvə və tərəvəz yetişdirilməsi və emalı üçün yeni texnologiyalarla tanış etməkdən ibarətdir.
İştirakla bağlı 160 avro məbləğində rüsum, viza rüsumu və beynəlxalq nəqliyyat xərcləri iştirakçılar tərəfindən, digər xərclər isə Bavariya vilayəti tərəfindən ödəniləcəkdir.
Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərdən maraqlananlar aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə bilərlər:

Tel.: +99412 5980147/48 (dax.: 108)
E-mail: vmirzayev@azpromo.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır