“Azərikimya” İB-yə idarəetmə sistemləri üzrə 3 sertifikat təqdim olunub

“Azərikimya”  İB İSO 9001:2008 Keyfiyyətlə İdarəetmə Sistemi, İSO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminə keçidlə bağlı sertifikata layiq görülüb.

Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin kadr hazırlığı proqramlarından, beynəlxalq standartlara keçidlə bağlı görülən işlərdə söz açıb. Xaliq Məmmədov bildirib ki, sertifikatlara layiq görülmüş “Azərikimya” İB-nin kollektivi bundan sonra beynəlxalq standartların tələblərinə uyğun fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Bureau Veritas Azeri” MMC şirkətinin Sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar “Azərikimya” İB-yə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır