“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin yanvar-sentyabr ayları ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunan istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Belə ki, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 104187 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.