SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunan istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Ötən ilin yanvar-dekabr ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Komunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 262 666 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.