SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibəti ilə 01 sentyabr 2017-ci il tarixindən 04 sentyabr 2017-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.
Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.
Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.