“Azəriqaz” İB-də 2 milyondan çox abonent qeydiyyatdadır

Azərbaycan Dövlət Neft Şirkıətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində 2016-cı ildə əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan  verilən məlumata görə, bunun da 40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 2 004 857-ə çatıb.

Bu il yanvarın 1-nə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Mənbə:report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır