“Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərəfindən 2018-ci ilin birinci rübündə 775,4 km yeni qaz kəməri quraşdırılıb.
BBN.az xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 56,6 km qaz kəməri əsaslı təmir olunub.
Qeyd edək ki, yanvar – mart ayları ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan və Masallı rayonları üzrə 19 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.