“Azəriqaz” İB tərəfindən 8 yaşayış məntəqəsinə təbii qaz verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilib.

BBN.az xəbər verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 108,2 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 km qaz kəməri əsaslı təmir olunub.

Qeyd edək ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan ,Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır