“Azəriqaz” İB tərəfindən 71 yaşayış məntəqəsinə təbii qaz verilib.
BBN.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 2385,1 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub.
Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.