“Azəriqaz”da xarici audit keçirilib

Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyində Türk Standartları İnstitutu tərəfindən EN ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” və EN ISO 50001 “Enerji idarəetmə sistemi” standartları üzrə nəzarət, EN ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartları üzrə isə yenidən sertifikatlaşdırma auditi keçirilib.

Auditdə Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Səlim Çələbi, Aysel Engin, Fazilet Baştürk və Tuğba İnkaya iştirak etmişlər. 5 gün davam edən yoxlamalar zamanı audit qrupu “Azəriqaz” İB-nin bir sıra struktur bölmələrində, istehsalat sahələrində və həmçinin Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsində olmuşdur. Birlik üzrə standartların tətbiqi ilə bağlı müsbət rəy verilmiş, bu sahə üzrə təkmilləşdirmənin daha yüksək səviyyədə həyata keçirilməsi və maarifləndirmə işinin davamlılığı üçün bir sıra təkiflər irəli sürülmüşdür.

Auditin başa çatmasına həsr olunmuş yığıncaqda Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev auditorlara təşəkkür edərək onlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirmiş və gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır