2017-ci ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 52 194 yeni abonent qeydiyyata alınıb. Bunun da 24 615-i Bakı, Abşeron və Sumqayıt, 27 579-u isə regionlar üzrədir.
Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 056 346-a çatıb.
Qeyd edək ki, 01 avqust 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 440 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.