“Azərişıq” ASC Sabirabadda işə qəbul müsabiqəsi keçirib.
BBN.az xəbər verir ki, “Azərbaycan Respublikası regonlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq “Azərişıq”ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.
Belə tədbirlərdən biri bu dəfə Sabirabad Elektrik Şəbəkəsində baş tutub. Səmhdar Cəmiyyətin sədr müavini Ramil Yusifovun başçılığı ilə İşə Qəbul Komissiyası Sabirabad rayonunun yeni inzibati binasında işə qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin “Azərişıq”ASC-də işə götürülməsi üçün müvafiq müsabiqə təşkil ediblər.
Müsabiqə, əsasən gənclərdən ibarət kadrlarla aparılıb. İmtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.