“Azəristiliktəchizat”ın fəaliyyətində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 aprel 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövrdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Belə ki, “Azəristiliktəchizat” ASC 2015-2016-cı illər istilik mövsümündə 535 qazanxana istismar edilməklə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekt istiliklə təmin edilib. Auditdə ümumilikdə 51202.7 min manat məbləğində vəsait əhatə olunub.

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 myaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib. Cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11.68% və 2016-cı ildə 11.95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12.6% miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.

Qeyd edək ki, cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364.9 min manat və ya 3.6% artıb. Hesabat haqqında ətraflı məlimat keçiddə yerləşdirilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır