“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti kotirovka sorğusu keçirir. BBN.az “Xalq Qəzeti” nə istinadən xəbər verir ki, kotirovka sorğusu “Tibbi sığorta xidməti”nin satınalınması məqsədilədir.
Belə ki, iştirakçılar sənədləri bağlı zərflərdə, imzalanmış və möhürlənmiş şəkildə, 8 avqust 2017-ci il saat 18.00-a qədər Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə təqdim etməlidir.
Qeyd edək ki, təklif zərfləri 9 avqust 2017-ci il saat 12.00-da qeyd olunan ünvanda açılacaq.