“Azərkosmos” üç şirkətlə müqavilə imzalayıb

“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib. Müsabiqənin keçirilməsində məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməlidir.

Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 12 layihə təqdim edilib.
Sonunda 3 qalib şirkətlə “Azərkosmos” ASC arasında müqavilə imzalanıb.
Müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 6 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır