“Azərsu”da Almaniyanın “KfW Bankı”nın nümayəndələri ilə görüş keçirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının  nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirib. 

Görüşdə Gəncə və Şəki şəhərlərində layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gəncə və Şəki şəhərlərinin 550 minədək sakini faydalanacaqdır.      

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır