“AzərTürk Bank” birinci rübü mənfəətlə başa vurub

AzərTürk Bank ASC 2017-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən,  cari ilin birinci rübünün sonunda bankın   xalis mənfəəti 1 064 552 manat olub.

İlin birinci rübünün sonunda bankın faiz gəlirləri 5.4 mln. manat , faiz xərcləri isə 1. 7 mln. manat təşkil edib, eyni zamanda qeyri-faiz gəlirləri 2.6 mln. manat, qeyri-faiz xərcləri isə 0.5 mln. manat qeydə alınıb.

Göstəricilər 2017-ci ilin birinci rübü (mln. manat) 2016-cı ilin yekunu(mln. manat) Fərq
Aktivlər 288,8 469, 5 -38%
Depozit portfeli 187,8 265, 9 -29%
Kredit portfeli 140,1 149, 2 -6%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır