29 dekabr 2016-cı il tarixində ADİF tərəfindən bağlanan bankların qorunan əmanətçilərinə az miqdarda kompensasiya ödənişi həyata keçirilib. Qeyd edək ki, cari ilin 28 dekabr tarixində əmanətçilərə 721,571 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilibsə, 29 dekabr tarixində bu göstərici 0,096 milyon manat artaraq 721,667 milyon manat təşkil edib.