Azad iqtisadi zonalar haqqında qanun layihəsi hazırlanır

Azad iqtisadi zona-xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Bu zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər. Onların bu fəaliyyəti tənzimlənir ki, bu da gömrük qanunvericiliyi, vergiyə cəlbetmə, lisenziyalaşdırma, viza rəsmiləşdirməsi, bank fəaliyyəti, mülkiyyət və girov münasibətləri azad zonanın idarə edilməsi kimi vacib məsələləri əhatə edir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC baş direktoru Taleh Ziyadov bildirib ki, azad ticarət zonalarının yaradılması haqqında qanun layihəsi ilin sonuna qədər Milli Məclisə təqdim olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır