“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 1.78 dollar və ya 2.38% ucuzlaşaraq 72.87 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.89 dollar və ya 1.43% azalaraq 62.21 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 1.04 dollar və ya 1.44% ucuzlaşaraq 72.13 dollara çatıb.