“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.41 dollar və ya 0.51% ucuzlaşaraq 80.54 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.05 dollar və ya 0.07% artaraq 69.17 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0.05 dollar və ya 0.06% bahalaşaraq 79.83 dollar olub.