Azərbaycan-Polşa İşgüzar Görüşü keçiriləcək

17 may 2018-ci il tarixində Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Polşa İşgüzar Görüşü keçiriləcək.

Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir. Tədbirin 17 may 2018-ci il tarixində saat 11:00-dan etibarən “Fairmont Baku” mehmanxanasında (M. Hüseyn küçəsi, 1A) keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan tədbirdə iştirak etməyə dəvət edirik.

Tədbirdə iştirakda maraqlı olduğunuz halda keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır