Azərbaycan şərab məhsulları mükafata layiq görülüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Moldovada keçirilən beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycan şərab məhsullarının layiq görüldüyü mükafatların təqdimatına dair tədbir keçirilib.

Belə ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı tərəfindən Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Black Sea Region Wines & Spirts Contest`2018” adlı müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi dequstasiya olunub.

Ölkəmizi müsabiqədə təmsil edən “Gəncə Şərab-2” şirkətinin “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış “Hillside Classico” ağ desert şərabı böyük qızıl medal mükafatını qazanıb. “Gəncə Şərab-2” şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır