“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 27-30 noyabr tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində təşkil olunan “Mines and Money” adlı beynəlxalq konfransda iştirak edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbir zamanı qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən müxtəlif nüfuzlu mədən şirkətləri ilə görüşlər keçirirərək yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb, dağ-mədən sahəsində tətbiq olunan innovasiya və texnologiyalar haqqında geniş fikir mübadiləsi aparıb. Tədbirin sərgi hissəsində yerləşdirilən “AzerGold” QSC-nin məlumat stendi müxtəlif xarici mədən şirkətləri və investorlar tərəfindən maraqla qarşılanıb.