“AzerGold” tərəfindən 6 ixrac üzrə 62 250 min ABŞ dollarına yaxın gəlir əldə edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinin fəaliyyətini bərpa edib və mədəndə qızıl və gümüş hasilatı uğurla həyata keçirilir.

Cəmiyyətin məqsədi qeyri-neft sektorunun inkişafı, o cümlədən milli iqtisadiyyata xarici valyutanın daxil olmasında mühüm rol oynamaqdır. Belə ki, “AzerGold” QSC tərəfindən aprel-oktyabr aylarında həyata keçirilən 6 ixrac üzrə 48 min 800 unsiya qızıl və 68 min 400 unsiya gümüş dünya metal birjalarında satılaraq, ümumilikdə 62 250 min ABŞ dollarına yaxın (105.8 milyon manat) gəlir əldə edilib.

Cəmiyyət iqtisadi maraqlarla yanaşı, dövlətin sosial yönümlü siyasətinə uyğun yeni iş yerləri yaradır və regionların inkişafında öz töhfəsini verməyi planlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır