“Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,22% artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,22% artaraq (0,14 ABŞ dolları) 64,54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır