“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.19 dollar və ya 0.24% ucuzlaşaraq 77.96 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.98 dollar və ya 0.98% artaraq 69.51 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 1.19 dollar və ya 1.54% bahalaşaraq 77.14 dollara çatıb.