“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.45 dollar və ya 0.61% ucuzlaşaraq 73.34 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.02 dollar və ya 0.03% artaraq 68.08 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0.32 dollar və ya 0.44% bahalaşaraq 72.16 dollara çatıb.