“Azerilight” markalı neftin qiyməti 4% ucuzlaşıb

“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 3.17 dollar və ya 4.07% ucuzlaşaraq 74.75  dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.05 dollar və ya 0.07% azalaraq 70.33 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 1.05 dollar və ya 1.41%  bahalaşaraq 74.45 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır