“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb

Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 1.35 dollar və ya 1.56% ucuzlaşaraq 85.14 dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 1.79 dollar və ya 2.45% azalaraq 73.17 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 1.91 dollar və ya 2.30% ucuzlaşaraq 83.09 dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır