Azersun Holding” 2017-ci ildə ixrac coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə bu gün jurnalistlərə holdinqin baş direktoru Savaş Uzan bildirib.
“Gələn il biz Yaponiya bazarına çıxmaq, eləcə də Çində mövqeyimizi genişləndirmək niyyətindəyik. Biz həmçinin Yaxın Şərq və Fars körfəzi ölkələrinə ixracın artırılmasında da maraqlıyıq”, – deyə S.Uzan qeyd edib.
Onun sözlərinə görə, hazırda şirkət 37 ölkəyə, o cümlədən RF, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, BƏƏ, Litva, Polşa, İraq, Almaniya, ABŞ, Türkiyə və İsrailə məhsul ixrac edir.
Şirkət fəal qaydada çay, konservləşdirilmiş məhsullar, yağ, ət, kağız məmulatları, duz, qənd, qoz və s. məhsulların ixracını da həyata keçirir”, – deyə S.Uzan qeyd edib.
Mənbə: interfax.az