“Azər Türk Bank”a yeni departament direktoru təyin edilib

Bankın mətbuat xidmətindən verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 %-i Azərbaycan dövlətinə məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır