İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının rəhbəri Zaur Qardaşov ABŞ-ın Vaşintqon şəhərində Corc Mason Universitetində “İstehlakçı Ödənişləri və Elektron Maliyyə Akademiyasındası” mövzusunda tədbirdə Azərbaycanı təmsil edib. Visa İnternational şirkətinin dəstəyi, George Mason Univerisitetinin təşkilatçılığı ilə reallaşan konfransda 30-dan artıq ölkənin, o cümlədən, ABŞ-ın 10-a yaxın ştatını təmsil edən yerli nümayəndələri iştirak edib. Azərbaycanı təmsil edən Azexport portalının rəhbəri Zaur Qardaşov tədbir iştirakçılarına Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı barədə ətraflı məlumatlar təqdim edib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı beynəxlalq Visa İnternational şirkəti ilə mütəmadi əməkdaşlıq edilir. Bu şirkətin Azərbaycanda Apple Pay, Google Pay və Samsung Pay kimi ödəniş sistemlərinin işinin təmin edilməsi o cümlədən qeyd olunan sistemlərin və bank kartlarının nəqliyyatda alternativ ödəniş üsulu kimi istifadə edilməsi üçün qanunvericiliyin uyğunlaşdırılması, rəqəmsal platformanın hazırlanması və digər bu kimi istiqamətlərdə dəstək göstərilir.