Azexport Azərbaycan mallarını Amazona çıxarır

Azexport Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Azexportun Amazon-la əməkdaşlığı çərçivəsində “Fulfillmentby Amazon” (FBA) xidməti indi Azərbaycanlı iş adamları üçün də əlçatan olub. Amazon FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq  anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edib.

Qeyd edək ki, maraqlı olan iş adamları keçidən məlumat əldə edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır