Azexport regional e-ticarət platformasına qoşulub

İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyəyə səfər edib. Səfər çərçivəsində İstanbul şəhərində Dünya Kiçik və Orta sahibkarlar forumu (World SME Forum) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu gün imzalanan əməkdaşlıq sazişi həm də Azexport portalı ilə KOBİ.Market portalı arasında inteqrasiyaya xidmət edəcək.

Dünya Kiçik və Orta Sahibkarlar Forumu tərəfindən yaradılan KOBİ.Market adlı elektron platforma kiçik və orta sahibkarların elektron ticarətin imkanlarından faydalanmasına, yeni bazarlara çıxmasına və bacarıqlarının artırılmasına xidmət edəcək. Portal ilk mərhələdə Azərbaycan, Gürcüstan vəTürkiyəni əhatə edəcək. Kiçik və ortasahibkarlar bu elektron ticarət platformasına inteqrasiya olunaraq elektron ticarət imkanından faydalanacaq.

Qeyd edə ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Türkiyə və Gürcüstan ilə əməkdaşlıq haqqında razılığa gələrək memorandum imzalayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır