Azexport portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub.
İlk yarımildə Azərbaycandan qeyr-neft ixracının 1/5-dən də çox artmasında Azexport xüsusi rol oynayıb. Hətta bəzi məhsullar Azexportdan öncə satıldığından daha baha qiymətə satılıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Azərbaycanda gedən islahat prosesləri inqilabi xarakter daşıyır və çox sürətlə gedir: “Elektron ticarət platforması – “Azexport” portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verdi. “Azexport” portalı ilə əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1300-1350 ABŞ dolları dəyərində idi. Azexportun sayəsində hazırda bu qiymət 1750 ABŞ dollarına qədər yüksəlib və bu artımın davam edəcəyini gözləyirik.”