“Azexport” və “EntrepriseAzerbaijan” portalları regional forumda nümayiş olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” və “EntrepriseAzerbaijan” portalları “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional forumda təqdim olunub.

Qeyd edək ki, Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır. EnterpriseAzerbaijan portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, bu məqsədlə yaradılan “Azexport” və “EntrepriseAzerbaijan” portalları sahibkarlara, kiçik və orta biznesin nümayəndələrinə, startapçı gənclərə və tələbələ böyük dəstək göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır